İsrail Qəzza zolağının şimalındakı bölgələrə yardımla bağlı müraciətlərin yarısını rədd edib



 10:09 09.02.2024     275

İsrailin bu il Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin Qəzza zolağının şimalındakı bölgələrə yardım missiyası ilə bağlı müraciətlərinin yarısını rədd etdiyi açıqlanıb.

Demedia.az xəbər verir ki, Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin baş komissarı Filip Lazzarini X sosial media hesabında Qəzzanın şimalındakı ərzaq qıtlığı ilə bağlı məlumat paylaşıb.

Sonuncu dəfə yanvarın 23-də Qəzza vadisinə ərzaq yardımı etdiyinə diqqət çəkən Lazzarini, "Bu ilin əvvəlindən Qəzzanın şimalına yardım missiyası ilə bağlı müraciətlərimizin yarısı rədd edildi" deyə bildirib.

Bahadur Seyidov