Yeni sosial şəbəkə istifadəyə verildi



 10:24 09.02.2024     260

“X” (keçmiş tviter) həmtəsisçisi Cek Dorsinin dəstəyi ilə “Bluesky” adlı  yeni sosial şəbəkə platforması açılıb.

Demedia.az xəbər verir ki, dünən bir gün öncə  açılan bu platformada artıq istifadəçilərin sayı 4 milyonu ötüb.

“Bluesky” İlon Maskın 44 milyard dollara satın aldıqdan sonra “X”-ə bənzəyir, lakin hələ də istifadəçilər arasında birbaşa mesajlaşma təklif etmir.

O, həmçinin xronoloji ardıcıllıqla izlədiyiniz hesablardan yazıları göstərir, eyni zamanda digər istifadəçilər tərəfindən yaradılmış alqoritmlə idarə olunan qrafiklərə keçməyə imkan verir.

Bahadur Seyidov