Fil sahibini əzərək öldürdü



 11:19 09.02.2024     257

Taylandda yemək və pul dilənən fil sahibini əzərək öldürüb.

Demedi.az  “The Straits Times”a istinadən bildirir ki, feysbul sosial media platformasında yayımlanan videoda Taylandın şimalındakı Nakhon Savan əyalətində filin sahibini əzərək öldürdüyü anlar lentə alınıb.

Hadisə baş verən zaman fil qəfildən narahat olub və sahibinə hücum edib.

Xilasetmə və Fəlakətlərə Yardım Dərnəyin açıqlamada filin sahibinin sinəsinə basaraq ağciyərlərinin çökməsinə səbəb olduğunu bildirib.

Bahadur Seyidov