ARI SANCMASI ÖLDÜRƏ BİLƏR! - Video



 09:32 09.02.2024     459

Arı dişləmələrində kiçik qaşıntılar ola bilər. Bunlar adətən 24 saat ərzində aradan qalxır.

Bəzən iki gün ərzində yaranan qızarıqlıq və qabarıqların olması mümkündür. Bunlar 2 ilə 7 gün ərzində yoxa çıxır. Allergiyada isə insanın anidən pisləşməsi mümkündür. Bu reaksiyalar isə ölümlə belə nəticələnə bilər. Boğazda şişlik, səs kəsintisi, nəfəs darlığı ortaya çıxa bilər. Arı allergiyası səbəbiylə ölüm hadisələri adətən 50 yaşdan yuxarı şəxslərdə daha çox müşahidə edilir. Arı allergiyasının olub-olmadığı dəri və qan testləri ilə təyin edilə bilər. Xəstədən ətraflı sorğu götürülməlidir. Xəstəlikləri, başqa nəyə qarşı allergiyası olduğu araşdırılmalıdır. Arı allergiyası olan insanın panika, qorxu, stress keçirtməsi doğru deyil. Çünki bunlar allergiyanı daha da artıra və kəskinləşdirə bilər. Bəs arı allergiyasının əlamətləri nədir? Arının sancdığı yerdən əlavə digər nahiyələrdə də yaranan qızarıqlıq, qaşıntı, şişlik Dildə, üzdə şişkinlik Öskürək, xırıltı Qusma,qarın ağrısı, ishal.

Allerqoloq Gülnar Quliyeva mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az  Allerqoloq Gülnar Quliyeva "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az