4 mərtəbəli bina bir anda yerlə-bir oldu - VİDEO
Hatayın Antakya rayonunda dağılan 4 mərtəbəli bina inşaat maşınının zərbəsi nəticəsində dağılıb.
Demedia.az xəbər verir ki, mərkəzi Kahramanmaraş olan zəlzələlərdə böyük dağıntıların yaşandığı Hatayda dağıntıların çıxarılması işləri yekunlaşıb. Antakyanın Yeni Camii Məhəlləsində zəlzələdən zərər çəkən 4 mərtəbəli bina inşaat maşınının zərbəsi ilə idarəli şəkildə sökülüb.
Otel binasının idarə olunan şəkildə çökdüyü anlar mobil telefon kamerası ilə saniyə-saniyə lentə alınıb.
Aysun / Demedia.az