Ərdoğan 12 ildən sonra bu ölkəyə səfər edir



 11:15 12.02.2024     282

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan fevralın 12-13-də Birləşmiş Ərəb Əmirliklərinə, fevralın 14-də isə Misirə rəsmi səfər edəcək.

Demedia.az xəbər verir ki, Ərdoğan fevralın 13-də Dubayda keçiriləcək Dünya Hökuməti Zirvə toplantısına fəxri qonaq qismində “Gələcəyin hökumətlərini formalaşdırmaq” mövzusu ilə qatılacaq.

 Ərdoğanın Qahirəyə səfəri zamanı danışıqlarda Türkiyə ilə Misir arasında əlaqələrin inkişafı və yüksək səviyyəli ikitərəfli əməkdaşlıq mexanizmlərinin canlandırılması kontekstində atılacaq addımlar müzakirə olunacaq.

Görüşlərin gündəliyi ikitərəfli əlaqələrlə yanaşı, aktual qlobal və regional problemlər, xüsusilə də İsrailin Qəzzaya və işğal olunmuş Fələstin torpaqlarına hücumları ətrafında fikir mübadiləsi aparmaqdır.

Bahadur Seyidov