Maykl Ceksonun musiqi kataloqunun yarısı bu qiymətə satıldı



 12:16 12.02.2024     268

Maykl Ceksonun musiqi kataloqunun yarısı təxminən 600 milyon dollara satılıb

Demedia.az BBC-yə istinadən xəbər verir ki, 13 dəfə Qremmi mükafatı laureatı Ceksonun bütün mahnılarının yer aldığı musiqi kataloqunun dəyərinin 1,2 milyard dollardan çox olduğu təxmin edilir.

“Sony Music” tərəfindən təxminən 600 milyon dollara alınan kataloqun yarısının müqaviləsinin solo sənətçi üçün indiyə qədər əldə edilən ən böyük müqavilə olduğu bildirilir.

Razılaşmaya həmçinin Ceksonun Mijac şirkəti tərəfindən alınmış Rey Çarlz, Elvis Presli və Areta Franklinin bəzi mahnıları da daxildir.

Bahadur Seyidov