63 yaşlı kişi təyyarədə qəfil öldü



 12:42 12.02.2024     318

Almaniyanın Lufthansa aviaşirkətinin Banqkok-Münhen reysi ilə təyyarədə sərnişin ölüb.

Demedia.az “Sky News”a istinadən xəbər verir ki,  hadisə şahidləri Almaniya vətəndaşı olduğunu deyən 63 yaşlı kişinin   təyyarədə öskürdüyünü, ağız və burnundan çoxlu qan gəldiyini bildirib.

Hadisə şahidləri qeyd ediblər ki, kişi həyat yoldaşı ilə birlikdə təyyarəyə minərkən çox xəstə görünüb, çox tərləyib və nəfəs almaqda çətinlik çəkirmiş.

Bahadur Seyidov