İranda Amerika bayrağı  yandırıldı



 14:15 12.02.2024     288

İran İslam Respublikasının milli bayramı ilə  əlaqədar keçirilən şənliklərdə deyilən  sloqanlar müzakirə  edilib.

Demedia.az xəbər verir ki, paytaxt Tehranda İslam inqilabının 45-ci ildönümü ilə bağlı şənliklər zamanı ABŞ və İsrail bayraqlarının yandırılıb.

Bundan başqa, “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları səsləndirilib.

Bundan başqa, meydanda “Secil” raketi və “Simurq” raketi sərgilənib.

Bahadur Seyidov