Qızdırma qalxanda bunu səhv edirmişik! Analar mütləq bilsin! - Video



 10:06 12.02.2024     477

Uşaqlar arasında rast gəlinən xəstəliklərin bir qismi mövsümi xarakter daşıyır.

Yaz-yay aylarında onlarda immunitet möhkəmlənir, orqanizm sağlamlaşır. Payız və qışda isə daha çox problemlər özünü büruzə verməyə başlayır, soyuqdəymə, allergik xəstəliklər narahatlıq doğurur. Payızın gəlişinə xüsusilə immun sistemi zəif uşaqların səhhətində arzuolunmaz hallar müşahidə edilir. Buna görə də həmin məsələyə çox diqqətli yanaşmaq lazımdır. Boğaz və qulaq ağrıları da soyuq fəsillərdə ən çox rast gəlinən xəstəliklər sırasındadır. Həmin narahatlıq əksər hallarda iltihabi proses şəklində üzə çıxır. Ən geniş yayılmış səbəbi isə soyuqdəymə və ya qrip hesab olunur. 4-7 yaş arası uşaqlar həmin xəstəliklərlə daha çox üzləşirlər.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az