Həkimlər təzyiq xəstələrindən bu çayı niyə gizlədir? - Video



 10:09 12.02.2024     466

Bitki çaylarının faydalı olduğunu hamımız bilirik. Hər bitki çayının öz xüsusiyyətləri var. Bəzi bitki çayları təzyiqi stabilləşdirmək qabiliyyətinə malikdir.

1.Çobanyastığı çayı. Tərkibindəki apigenin sayəsində qayğını, əndişəni azaldır, stresslə mübarizəyə kömək olur. Həmçinin, təzyiqi aşağı salır. Bunlar hamısı elmi araşdırmaların nəticəsində aşkarlanıb. Çobanyastığı çayı “axşam çayı” hesab olunur. Bəli, bu çayı axşam içsəniz, rahat yatarsınız. Təzyiqi və xolesterolu aşağı salmaq bacarığı ilə çobanyastığı çayı “ürək dostu” sayılır; 2. Yaşıl çay. Yaşıl çayın da təzyiqi aşağı salmaq qabiliyyəti var. Tərkibindəki kofein səbəbiylə ürək ritmini qismən artıra bilir. Bu artış baş verərsə, çox da narahat olmayın, qısa müddətdə keçib gedəcək. Gün ərzində içilən 1 stəkan yaşıl çay metabolizmanızı sürətləndirəcək, “yaxşı” xolesterolun səviyyəsini yüksəldəcək, “pis” xolesterolu azaldacaq, təzyiqi də qismən aşağı salacaq; 3. Yemişan çayı. Həm meyvəsi, həm də yarpağı təzyiqi aşağı salmaqda mahirdir. Yemişandan sirkə də hazırlanır. Tərkibindəki azot monooksid ürək damarlarını elastikləşdirir. Təzyiqi aşağı salan yemişan sirkəsi ürəyimizi də qoruyur. Yemişan yarpağından hazırlanan çaylar da təzyiqi aşağı salır. Bəli, bu möcüzənin qaynağı azot monooksiddir. Elmi araşdırmalar nəticəsində məlum olub ki, yemişan yarpağı çayı ürək çatışmazlığı zamanı simptomları azaldır, xolesterol səviyyələrini nizamlayır. Yemişan meyvəsi təzyiqi olanların rasionuna daxil edilsə, onların həyat keyfiyyətləri yaxşılaşır;

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az