BMT heyəti Kolumbiyanın etnik qrupları ilə görüşüb



 14:48 12.02.2024     253

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının nümayəndə heyəti dövlətlə Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri arasında imzalanmış sülh sazişinin davamı olaraq etnik qruplarla görüşüb.

Demedia.az xəbər verir ki,  tərəflər arasında aparılan danışıqları vitse-prezident Fransia Markes və ölkənin yeni xarici işlər naziri Luis Gilberto Murillo müşayiət edib. Məlumata görə, ölkə tarixində ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasından olan nümayəndə heyəti Kolumbiyada etnik qruplarla görüşüb.

Xarici İşlər Nazirliyi Kolumbiya hökumətinin BMT nümayəndə heyətinin səfərindən məmnun olduğunu ifadə edərək, "Səfər milli hökumətin sülhə sadiqliyinin göstəricisidir. Hökumətin üzərinə düşən məsuliyyəti aradan qaldırmaq üçün məsuliyyət daşıyır” deyə bildirib.

Bahadur Seyidov