Braziliyada polkovnik çevrilişə cəhd iddiası saxlanılıb



 15:19 12.02.2024     253

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva hökumətinə qarşı çevrilişə cəhd iddiası ilə bir polkovnik saxlanılıb.

Demedia.az xəbər verir ki, çevrilişlə bağlı istintaq çərçivəsində polkovnik Bernardo Korrea Neto ABŞ-dan qayıdarkən prokurorluğun göstərişi ilə hava limanında saxlanılıb. Polkovnik Neto keçmiş prezident Jair Bolsonaronun komandası ilə əməkdaşlıq edərək Lula da Silva hökumətinə qarşı çevriliş planlaşdırmaqda ittiham olunur.

Qeyd edək ki, Braziliya Ali Məhkəməsinin hakimi Alexandre de Moraesin göstərişi ilə əməliyyat keçirən Federal Polis Bolsonaroya yaxın olan bir neçə nəfəri, o cümlədən keçmiş nazir və yüksək rütbəli əsgərləri saxlayıb.

Bahadur Seyidov