Dubayın dünyada uçan taksi xidməti göstərən ilk şəhər olduğu açıqlanıb



 15:43 12.02.2024     277

Birləşmiş Ərəb Əmirlikləri Dubayın dünyada uçan taksi xidməti göstərən ilk şəhər olduğunu açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin “WAM” xəbər agentliyinin X sosial media hesabında açıqlama verilib. Bildirilib ki, pilot və 4 sərnişin daşımaq qabiliyyətinə malik olan uçan taksinin emissiyası sıfırdır. Maksimal uçuş məsafəsi 161 kilometr, maksimum sürəti saatda 320 kilometr olan uçan taksinin ümumilikdə 4 stansiyası olacaq.

Dubay beynəlxalq hava limanı ilə “Palm Jumeirah” arasında 45 dəqiqə olan səyahət müddəti uçan taksi ilə 10 dəqiqəyə enəcək.

Bahadur Seyidov