Məşhur cütlük yenidən barışdı



 20:02 12.02.2024     794

Keçmiş milli basketbolçu İbrahim Kutlay (49) və uzun illərdir təkrar-təkrar münasibətdə olan gözəl sosialist Edvina Sponza (50) dramatik bir ayrılıqdan sonra barışıblar.

Demedia.az xəbər verir ki, Bebek parkında itlərlə oynayan cütlüyün şən əhval-ruhiyyəsi diqqət çəkib.

Təxminən 4 ay əvvəl bir bərbərdə tanış olan, mübahisə edərək münasibətlərinə son qoyan Edvina Sponza və İbrahim Kutluay hadisədən sonra bir araya gəlməyiblər.

Keçmiş basketbolçu ilə qəti şəkildə ayrıldığını deyən Sponza, "Mənim o adamla heç bir əlaqəm yoxdur. Barışıq yoxdur. O kitabı bağladım və bir daha açmamağa qərar verdim" deyib.

Tez-tez 'ayrılıq' və 'barışma' xəbərləri ilə adından söz etdirən ikili, aylar sonra yenidən aralarındakı buzları əridib. İbrahim Kutlay və Edvina Sponza Bebek parkında itlərlə oynayıblar.

İbrahim Kutluay və Edvina Sponza mətbuata görünməmək üçün səhər saat 09:00-da it gəzintisinə çıxsalar da, cəhdləri uğursuz alınıb. İkilinin xoş anları kameralara belə əks olunub.

Kutluay və Sponza özəl həyatları ilə yenidən jurnalın gündəminə gəliblər. Mətbuat mənsublarının onları özünə cəlb etdiyini anlayan cütlük bir-birindən uzaq durmağa üstünlük verib.

Aysun / Demedia.az