HƏMAS Qəzzanın cənubunda ini öldürdüyünü açıqlayıb
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzzanın cənubunda yerləşən Xan Yunus şəhərində baş verən qarşıdurmalar barədə açıqlama verib.
Demedia.az xəbər verir ki, İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının cənubunda 10 İsrail əsgərini öldürdüyünü açıqlayıb. Açıqlamaya görə, Xan Yunusun şərqindəki Absan əl-Kəbirə bölgəsində İsrail ordusunun 10 əsgəri öldürülüb, sözügedən əsgərlər “sıfır” məsafədən zərərsizləşdirilib.
Məsələ ilə bağlı İsrail ordusundan heç bir açıqlama verilməyib.
Bahadur Seyidov