Rusiya 18 Britaniya vətəndaşının ölkəyə girişinə qadağa qoyub



 09:45 13.02.2024     282

Rusiya Xarici İşlər Nazirliyi hərbi rəsmilər də daxil olmaqla 18 Britaniya vətəndaşının ölkəyə girişinə qadağa qoyulduğunu bildirib.

Demedia.az xəbər verir ki, nazirlik Britaniaynın Rusiyaya qarşı siyasət yürütdüyünü və Ukraynaya silah göndərdiyini açıqlayıb. Bu səbəbdən 18 Britaniya vətəndaşının Rusiyaya girişinə qadağa qoyulduğu və sözügedən şəxslərin adlarının yer aldığı siyahının dərc edildiyi bildirilib. Siyahıya Britaniyanın hərbi və siyasi rəsmiləri, universitet və tədqiqat institutunun üzvləri daxil edilib.

Qeyd edək ki, Rusiya və Böyük Britaniya vaxtaşırı bir-birinin vətəndaşlarına qarşı sanksiyalar tətbiq edir.

​Bahadur Seyidov