Dubayda Dünya Hökumətləri Sammiti keçirilir
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “2024 Dünya Hökuməti Sammiti” 25-dən çox dövlət və hökumət başçısının iştirakı ilə başlayıb.
Demedia.az xəbər verir ki, “Gələcəyin Hökumətlərini Formalaşdırmaq” mövzusu ilə keçirilən sammitdə dünyanın üzləşdiyi aktual problemlərin fonunda gələcək imkan və çağırışların müzakirə edildiyi bildirilib. Birləşmiş Ərəb Əmirliklərinin rəsmi xəbər agentliyinin məlumatında Dünya Hökumətləri Sammiti 6 əsas mövzu ətrafında keçiriləcək 15 qlobal forumda qlobal məsələlərin müzakirə ediləcəyi diqqətə çatdırılıb.
Bahadur Seyidov