Şimali Koreya yeni idarə edilə bilən mərmilər hazırlayıb
Şimali Koreya yeni idarə edilə bilən mərmilər və çoxsaylı raket buraxılış qurğuları üçün ballistik idarəetmə sistemi hazırladığını bildirib.
Demedia.az xəbər verir ki, bu barədə Şimali Koreya xəbər agentliyi xəbər dərc edib. Məlumatda Şimali Koreya Müdafiə Elmləri Akademiyasının çoxlu raket buraxılış qurğuları üçün yeni idarə oluna bilən güllələr və ballistik idarəetmə sistemi hazırladığı bildirilib.
Sözügedən 240 millimetr çaplı idarə oluna bilən güllələrin dəqiqliyi və üstünlüklərini nəzərdən keçirmək üçün ballistik nəzarət sınaq atışlarının da aparıldığı bildirilib.
Bahadur Seyidov