Bayden Netanyahunu söyüb - İDDİA



 10:48 13.02.2024     276

ABŞ prezidenti Co Baydenin şəxsi söhbətlərində İsrailin baş naziri Binyamin Netanyahu haqqında təhqiramiz ifadələr işlətdiyi iddia edilib.

Demedia.az xəbər verir ki, NBC News-un məlumatına görə, Baydenin şəxsi söhbətlərində adı açıqlanmayan beş mənbəyə əsaslanaraq, ABŞ prezidenti bu yaxınlarda ən azı üç dəfə Netanyahuya qarşı təhqirami ifadələr işlədb.

Şəxsi söhbətlərində Bayden deyib ki, o, İsraili atəşkəsi qəbul etdirməyə çalışıb, lakin Netanyahu onun “burnundan gətirib”.

Netanyahu ilə anlaşmağın qeyri-mümkün olduğunu bildirən Bayden onun haqqında danışarkən “bu adam” kimi aşağılayıcı ifadələr işlədib.

ABŞ Milli Təhlükəsizlik Şurasının verdiyi yazılı açıqlamada Baydenin Netanyahu ilə bağlı sözügedən açıqlamalardan istifadə etmədiyi iddia edilib.

Bahadur Seyidov