Bu ölkə İsrailə F-35-in parçalarını  satmağı dayandırır



 11:08 13.02.2024     271

Hollandiya apellyasiya məhkəməsi F-35 hissələrinin İsrailə satışını dayandırıb

Demedia.az xəbər verir ki, Haaqa Apellyasiya Məhkəməsi "humanitar hüququn ciddi şəkildə pozulması riski" səbəbiylə İsrailə tədarükün ən geci 7 gün ərzində dayandırılmasına qərar verib.

Davada İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-35 döyüş təyyarələrinin ehtiyat hissələrinin Qəzza zolağında mümkün soyqırıma və müharibə qanunlarının ciddi şəkildə pozulmasına töhfə verəcəyi səbəbilə ixracının qadağan edilməsi tələb edilib.

Lakin yerli məhkəmə bu tələbi rədd edib və çatdırılmanın davam etdirilməsinə qərar verib.

Bahadur Seyidov