Bu dəfə Romanı canavarlar basır -Təcili çağırış edildi



 11:25 13.02.2024     264

İtaliyanın Roma şəhərindən təxminən 220 kilometr şimalda yerləşən Siena şəhərinin kənarında canavarların şəhərətrafı küçələrdə gəzdiyi görülüb.

Demedia.az xəbər verir ki, Roma əfsanəsində simvolu dişi canavar olan məşhur İtaliya şəhəri real həyatda canavarların təhlükəsi altındadır. Canavarlar şəhər ərazilərini zəbt edərkən, İtaliya Şəhər Şurası kömək üçün müraciət edir.

İtaliya şəhərlərinin müxtəlif yerlərində canavarlar görünməkdə davam edir. Bölgədə ev heyvanları, xüsusən də pişiklər yoxa çıxır, İtaliyada canavarların sevimli ovlarından olan cüyür qalıqları kənd yerlərində tapılır.

Görüntülər çoxlu dişi canavar heykəllərinin olduğu Siena şəhərinin mərkəzindən bir neçə kilometr aralıda qeydə alınıb.

Vəziyyət o qədər narahatlıq doğurub ki, bu həftə şəhər şurası Toskana regional hökumətinə və milli orqan olan Ali Ətraf Mühitin Mühafizəsi və Tədqiqat İnstitutuna kömək üçün müraciət edib.

Bahadur Seyidov