Prezident buna görə Papadan üzr istədi
Roma Papası Fransiski dəfələrlə tənqid edən Argentina prezidenti Xavyer Miley Vatikana gələrək pontifikdən üzr istəyib.
Demedia.az xəbər verir ki, o, bugünədək etdiyi tənqidlərə görə, Papadan üzr istəyib.
Papa isə ona cavab verib: “Bunlar gəncliyin hər kəsin etdiyi səhvlərdir”.
Qeyd edək ki, Miley prezidentlik kampaniyası zamanı Buenos-Ayresin keçmiş arxiyepiskopu Frensisi "əclaf" adlandırıb və onu kommunizmi təbliğ etməkdə ittiham edib. Lakin o, daha sonra üzr istəyib və “ona Katolik Kilsəsinin rəhbəri, dövlət başçısı və argentinalıların böyük əksəriyyətinin mənəvi lideri kimi hörmət etdiyini” bildirib.
Bahadur Seyidov