Fransada telefondan istifadə qadağan edildi



 12:43 13.02.2024     304

Fransanın şimalındakı Sen-Port qəsəbəsində ictimai yerlərdə smartfonlardan istifadəyə dair səsvermə keçirilib.

Demedia.az xəbər verir ki, təxminən 1900 nəfərin yaşadığı qəsəbədə 272 nəfərdən 146-nın “bəli” səs verməsi nəticəsində ictimai yerlərdə smartfondan istifadə qadağan edilib.

Qərarla əhali şəhər küçələrində, mağazalarda, bərbərlərdə və ya parklarda smartfonlardan istifadə edə bilməyəcək, kafe və restoranlarda yemək yeyərkən və ya uşaqlarını gözləyən zaman mobil telefonla vaxt keçirə bilməyəcək. Həmçinin şəhər küçələrində itənlər telefonlarında xəritələrdən istifadə etmək əvəzinə başqa insanlardan istiqamət istəməli olacaqlar. Mağaza sahiblərindən pəncərələrə xəbərdarlıq yazıları yapışdırmaq və nəzakətlə müştərilərdən telefonlarını yerə qoymağı xahiş etmək xahiş olunur.

Bahadur Seyidov