ENDOMETRİOZ | Səbəbləri, müalicə üsulları - Video



 09:57 13.02.2024     512

 

Endometrioz – normada yalnız uşaqlığın selikli qişasında olan toxumanın bu orqanın digər qişalarında və uşaqlıqdan kənar digər orqanlarda rast gəlməsi ilə xarakterizə olunan patologiyadır.

Belə anormal yerləşən endometrium ətraf toxumalara sirayət edərək onları dağıdır.Hazırda endometriozun səbəbləri sona qədər öyrənilməyib. Alimlər bu xəstəliyin inkişafının bir neçə nəzəriyyəsini irəli sürmüşlər, lakin heç biri onun yaranmasını axıra qədər izah edə bilmir.Endometriozun patogenezində hormonal və immun pozğunluqlar böyük rol oynayır. Xəstələrdə progesteronun sekresiyası və birləşməsi pozulur. Estrogenlərin yüksəlmiş səviyyəsi qeyd olunur ki, bu da endometrium hüceyrələrinin artıb çoxalmasını stimulyasiya edir.Çox vaxt belə qadınlarda prolaktin ifrazının çoxalması, böyrəküstü vəzin funksiyasının pozulması müşahidə olunur.

Ginekoloq Rəşad Sultan mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Ginekoloq Rəşad Sultan "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. 

Rəna İsmayılova / Demedia.az