İspaniya İsrailə hərbi texnika satılması barədə iddiaları təkzib edib



 10:14 14.02.2024     283

İspaniya Qəzzaya irimiqyaslı hücumlar başladığı gündən bəri İsrailə heç bir hərbi texnika satmayıb.

Demedia.az xəbər verir ki, İspaniya hökumətinin sözçüsü və təhsil naziri Pilar Alegria belə açıqlama verib. İspaniya Nazirlər Şurasının toplantısından sonra jurnalistlərin suallarını cavablandıran Pilar Alegria ölkəsinin İsrailə hərbi txnika satması barədə iddiaları təkzib edib.

Onun sözlərinə görə, İsrailə 987 milyon avro dəyərindəki hərbi satış Qəzzadakı irimiqyaslı müharibədən əvvəl olub.

Bahadur Seyidov