ABŞ Senatı Ukrayna, İsrail və Tayvana bu qədər yardım edəcək



 10:45 14.02.2024     301

ABŞ Senatı gərgin müzakirələrdən sonra Ukrayna, İsrail və Tayvana yardım da daxil olmaqla ümumi dəstək paketini qəbul edib.

Demedia.az xəbər verir ki, ABŞ Senatı Respublikaçılar Partiyasında ölkənin xaricdəki rolu ilə bağlı davam edən gərgin müzakirələrdən sonra Ukrayna, İsrail və Tayvana yardım da daxil olmaqla 95,3 milyard dollarlıq ümumi dəstək paketini qəbul edib. Səsvermədən əvvəl bir qrup respublikaçı senator Ukraynaya 60 milyard dollar yardımın edilməsinə qarşı çıxıb və ABŞ-ın xaricə pul göndərmək əvəzinə öz problemləri ilə məşğul olması lazım olduğunu ifadə edib. Səsvermədə 70 senator “hə”, 29 senator isə “yox” səs verib. Demək olar ki, bütün Demokrat senatorlar və 22 Respublikaçı senator yardım paketinə “bəli” səs verib.

Yardım paketinə Ukraynaya Rusiyaya qarşı mübarizəsini dəstəkləmək üçün 60 milyard dollar, İsrailə təhlükəsizliyə yardım göstərmək üçün 14 milyard dollar və Tayvana və Hind-Sakit okean regionunda ABŞ-ın digər müttəfiqlərinə dəstək üçün 8 milyard dollar daxildir.

Bahadur Seyidov