Restoranda biabırçılıq - Turist videosunu çəkib yaydı



 23:09 13.02.2024     611

Türkiyənin Ədirnə bölgəsində restoranda biabırçı hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, ticarət mərkəzindəki çayxanada stəkanları tüpürərək təmizləyən menecer H.Z-nin görüntüləri əcnəbi turist tərəfindən lentə alınıb və sosial şəbəkədə paylaşılıb. Reaksiyaya səbəb olan görüntülərin ardından Edirne Bələdiyyəsi Zabıta Müdirliyi qrupları hərəkətə keçib.

Baytarlıq İşləri Müdirliyinə bağlı iş yeri yoxlama vahidi və polis qrupları iş yerinə gedərək müəssisənin fəaliyyət sənədinin olmadığını müəyyən edib. Gigiyena və sağlamlıq qaydalarına əməl etməyən, işləmək icazəsi olmayan iş yeri möhürlənib.

Aysun / Demedia.az