İsrail ordusu Livana hücum edib



 11:25 14.02.2024     312

İsrail ordusu Livanın cənubundakı hücumlarla bağlı açıqlama verib.

Demedia.az xəbər verir ki, açıqlamada İsrail ordusunun Livanın cənubunda Hizbullah hədəflərinə hava zərbələri endirdiyi qeyd edilib. Açıqlamaya görə, İsrail təyyarələri Livanın cənubunda hərbi birləşmələr və Hizbullah üzvlərinin yerləşdiyi müşahidə məntəqələri də daxil olmaqla 7 fərqli bölgəyə hücum edib. Həmçinin qeyd olunub ki, Livanın cənubunda bir sıra məntəqəyə artilleriya zərbələri endirilib.

İsrail ordusunun hücumları Hizbullahın Kiryat Şmona şəhərini raketlərlə bombalaması və 2 israillinin yaralanmasından sonra baş verib.

Bahadur Seyidov