MƏDƏCİKLƏRARASI ÇƏPƏR QÜSURU | Müalicə olunmazsa... - Video



 09:39 14.02.2024     497

Mədəciklərarası çəpərin qüsuru — mədəciklərararası çəpərin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalması, anadangəlmə ürək qüsuru.

Böyük ölçülü mədəciklərarası çəpərin qüsuruna malik bir yaşına qədər olan uşaqlarda üçüncü aydan başlayaraq durğun ürək çatmamazlığı inkişaf edir. Valideynlər uşaqlarının tənəffüsün tezləşməsini, yedirdərkən tez yorulmasını, həddən ziyadə tərləməsini və çəkidə geri qalmasını müşahidə edirlər. Kiçik ölçülü mədəciklərarası çəpərin qüsuruna malik bir və artıq yaşlı uşaqlarda xəstəlik demək olar ki, simptomsuz keçir. Qüsur adətən profilaktik müayinələr zamanı təsadüfən aşkar edilir. Auskultasiya zamanı ürək üzərində (dördüncü qabırğaarası nahiyədə) qaba sistolik küy xəstəliyə diaqnoz qoymağa əsas verir.

Uşaq-Kardioloqu Elnur İmanov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az  Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az