Yer yox, Yupiter bir vaxtlar düz olub?
Planetlərin necə əmələ gəldiyinə dair müxtəlif nəzəriyyələr olsa da, hələlik dəqiq bir nəzəriyyə yoxdur.
Demedia.az xəbər verir ki, buna görə də alimlərin məsələyə aydınlıq gətirmək üçün istifadə etdikləri üsullardan biri də kompüter simulyasiyalarıdır.
Yeni simulyasiyalara görə, ulduzlarından çox uzaqda olan nəhəng planetlər həyatlarına kürə şəklində deyil, daha çox tüklü pancake və ya “draje” konfeti kimi başlaya bilərlər. Bu şəkildə fırlanmağa davam edərək, erkən planet quruluşları getdikcə daha çox material qəbul edir, ənənəvi sferik formasına çevrilir və Yupiter kimi bir şeyə çevrilir.
Simulyasiyada görünən ilk planet şəkli. Üst görünüş (sol), yan görünüş (sağ) Şəkil: Fenton & Stamatellos - arXiv
Planetlər necə əmələ gəlir?
Ulduz doğulduğu zaman ətrafına nəhəng, sıx qaz və toz buludunu sürükləməyə başlayır. Ulduzun ətrafında əmələ gələn bu diskə bənzər quruluş onu ulduzun böyüməsi üçün lazım olan materiallarla qidalandırır. Lakin diskdəki bütün maddələr ulduz üçün “yemək”ə çevrilmir. Qalanları planetləri, kometləri, asteroidləri və peykləri əmələ gətirir. Bəs bu diskdəki maddələr necə birləşir?
Bu diskdəki qayaların birləşməsi Yer, Venera, Mars və Merkuri kimi kiçik yerüstü planetlərin əmələ gəlməsində böyük rol oynayır. Daha böyük qaz planetlərində "disk qeyri-sabitliyi" adlı fenomenin baş verdiyi düşünülür. Burada ulduzun ətrafındakı qaz yığınlara parçalanır, öz cazibə qüvvəsini yaradır və planetlərə çevrilir.
Bu maraqlı fikir öz ulduzlarından gözləniləndən daha böyük olan qaz nəhənglərinin əmələ gəlməsini və planetlərin orbitləri arasındakı böyük boşluqları izah edə bilər, lakin bu kifayət deyil.
Mərkəzi Lançaşir Universitetindən olan astrofiziklər Adam Fenton və Dimitris Stamatellos da bu formalaşmanın nəzəriyyələrə nə qədər uyğun olduğunu anlamaq üçün simulyasiya yaratdılar.
Simulyasiyada qaz sıxlığı, temperatur və diskin fırlanma sürəti kimi təsirlərin dəyişdirilməsi ilə sınaqlar aparıldı. Simulyasiya üçün Fenton İngiltərədə yerləşən və hissəciklər fizikası, astronomiya və kosmologiya sahələrində simulyasiyalar aparmaq üçün xüsusi olaraq istehsal olunan DiRAC adlı superkompüterdən istifadə edib.
Simulyasiyalarda nəhəng qaz planetlərinin ilkin dövrlərində fırlanmağa başlayanda daha yastı forma əmələ gəldiyi müşahidə edilib. Simulyasiyada böyüyən erkən planetlərin materialları daha çox qütblərdə toplamağa başladığı da anlaşıldı.
Aysun / Demedia.az