Mədən faciəsinin yeni görüntüsü ortaya çıxdı - VİDEO



 21:03 14.02.2024     477

Ərzincan İliçdəki Çöplər Qızıl Mədənində baş verən sürüşmənin yeni görüntüləri ortaya çıxıb.

Demedia.az xəbər verir ki, qazıntı maşınındakı kameraya əks olunan dəhşətli mənzərə fəlakətin miqyasını bir daha ortaya qoydu.

Ərzincanın İliç rayonunda 2010-cu ilin dekabr ayından etibarən Anagold Madencilik Sanayi ve Ticaret A.Ş.-nin qızıl istehsal etdiyi Çöplər Mədənində torpaq sürüşməsi baş verib. Yerin altında qalan 9 işçinin axtarışları davam edərkən, bölgədən yeni təfərrüatlar ortaya çıxır.

Ortaya çıxan yeni görüntü dəhşətli mənzərənin miqyasını göstərdi. Qazıntı maşını hərəkətdə olarkən sürüşməni görüb geriyə manevr edib, lakin görüntülər başqa bir yük maşınının kamerasına düşüb. Saniyələrlə davam edən sürüşmədə “Biz görürük ki, adamı altına alıb. "Biz onun harada olduğunu görürük" deyərkən göründü.

Aysun / Demedia.az