Videonu paylaşaraq etiraz etdi: Kuryerə bu cür davranmaq...



 23:09 14.02.2024     567

Türkiyədə Kadıköydəki bir saytda kuryerlər girişdə təhlükəsizlik tərəfindən xəbərdar edilib və bina sakinlərinin istifadə etdiyi liftdən ayrı liftə yönləndirilib.

Demedia.az xəbər verir ki, sifariş götürən kuryer ayrı-seçkiliyin baş verdiyini dediyi anları videoya çəkərək sosial şəbəkədə paylaşıb.

İddia edilib ki, Kadıköydəki bir iqamətgahda sifarişləri çatdıran kuryerlər mühafizəçi tərəfindən xəbərdarlıq edilib və bina sakinlərinin istifadə etdiyi liftdən ayrı liftə yönəldilib. Paylaşım sosial mediada reaksiyalara səbəb olub.

Aysun / Demedia.az