Fransa Fələstini  dövlət kimi tanımağa hazırlaşır



 15:24 14.02.2024     272

Fransada müxalif “Bəlilməz Fransa” (LFI) Partiyası parlamentə “Fransanın Fələstin dövlətini tanıması” çağırışı ilə çıxış edəcək.

Demedia.az xəbər verir ki, LFI Parlament Qrupunun sədr müavini Mathilde Panot partiyasının həftəlik mətbuat konfransında verdiyi açıqlamada Fələstində dəhşətli hədlərin keçildiyini və oradakı vəziyyətdən narahat olduqlarını bildirib.

O bildirib ki, onun partiyası Fransanın Fələstin dövlətini tanıması təklifini bu gün parlamentə təqdim edəcək.

Parlament nümayəndəsi sözügedən vəziyyətlə bağlı narahatlığını ifadə edərək qeyd edib ki, Fransa Netanyahunun Qəzzadakı qətliamları dayandırması üçün bu ölkəyə qarşı sanksiya mövzusu haqqında daha yüksək səslə danışmalıdır.

Bahadur Seyidov