1700 ildir mövcud olab yumurta tapıldı



 16:19 14.02.2024     260

Tədqiqat zamanı Roma dövrünə aid olduğu güman edilən bir dilək quyusunda tapılan 1700 illik yumurtanın tərkibinin hələ də toxunulmaz olduğu müəyyən edilib.

Demedia.az xəbər verir ki, elm adamları təxminən 1700 il olduğu təxmin edilən və içərisində hələ də maye olan toyuq yumurtası tapıblar. Bu yumurtanın dünyada yeganə növ olduğuna inanılır.

Yumurta 2007-2016-cı illər arasında İngiltərənin Bukingemşir əyalətinin Aylesbury şəhərində aparılan qazıntılar zamanı aşkar edilib və o zaman tədqiqatçılar bunun "həqiqətən unikal tapıntı" olduğunu bildiriblər.

Bahadur Seyidov