Rusiyanın 241 idmançısına sanksiya tətbiq edildi
Ümumdünya Antidopinq Agentliyi Moskva laboratoriyasının məlumatları və oradan götürülmüş nümunələr əsasında 241 rusiyalı idmançıya sanksiya tətbiq edib.
Demedia.az xəbər verir ki, bu barədə TASS-a Agentliyin mətbuat xidmətindən məlumat verilib.
Daha 41 iş üzrə ittiham irəli sürülüb, 119 iş araşdırılır.
Ötən ilin oktyabrında Agentliyin rəhbəri Vitold Banka laboratoriya məlumatlarına əsasən 222 rusiyalı idmançının cəzalandırıldığını bildirmişdi.
Bahadur Seyidov