Bayden: “Tramp Putinə baş əyir”



 11:21 15.02.2024     276

ABŞ prezidenti Co Bayden sələfi Donald Trampın NATO ilə bağlı sözlərinə reaksiya verib və keçmiş prezidenti Rusiya lideri Putinə boyun əyməkdə ittiham edib.

Demedia.az xəbər verir ki, NATO və Rusiya ilə bağlı son sözləri mübahisə mövzusu olan Trampa sərt sözlər deyib:

"Tramp Putinə NATO-dakı bəzi müttəfiqlərimizi işğal etmək üçün dəvət göndərir. Bunu ABŞ-nin keçmiş prezidentinin dediyini təsəvvür edirsinizmi? Bunu bütün dünya eşitdi. Ən pisi odur ki, bunu şüurlu şəkildə deyib”.

ABŞ tarixində heç bir prezidentin Rusiyaya boyun əymədiyini vurğulayan Bayden Trampı tənqid edib:

 "İcazə verin, bunu mümkün qədər açıq deyim. Allah xatirinə bu axmaqlıqdır, bu çirkindir, təhlükəlidir və bu heç də Amerika yolu deyil. NATO müqəddəs bir öhdəlikdir.  Donald Tramp bunu bir yük kimi görür. NATO-ya baxanda Amerikanı və dünyanı qoruyan bir ittifaq görmür”.

Bahadur Seyidov