​İrlandiyanın baş naziri İsrailə: “Qəzəb onları kor edib”



 10:43 15.02.2024     251

İrlandiyanın baş naziri Leo Varadkar, İsrailin ABŞ da daxil olmaqla, artıq dünyanın heç bir ölkəsini dinləmədiyinin açıq olduğunu ifadə edib.

Demedia.az xəbər verir ki, baş  nazir bildirib ki, onlar qəzəbdən korluq çəkiblər:

“Mən inanıram ki, tutduqlarıyola davam edəcəklər və  vəziyyət daha da pisləşdirəcək.  Çox açıqdır ki, İsrail dünyanın heç bir ölkəsini dinləmir. Məncə, onlar artıq amerikalıları belə dinləmirlər. Onlar qəzəbdən kor olublar və inanıram ki, getdikləri yola davam etməklə. , onlar uzun müddətdə öz təhlükəsizlikləri üçün vəziyyəti daha da pisləşdirəcəklər”.

Bahadur Seyidov