Skameykada yatarkən telefonu və pulu oğurlandı - VİDEO



 23:48 15.02.2024     608

Türkiyədə qeyri-adi oğurluq hadisəsi olub.

Demedia.az xəbər verir ki, Kayapınar rayonunda Şəhərlərarası Avtovağzalın içərisində baş verib.

Avtovağzala gələn F.A dincəlmək üçün skamyaya uzanıb. Kemal K. yuxuda olan F.A.-ya yaxınlaşıb və bir müddət onu müşahidə etdikdən sonra onun mobil telefonunu və bir qədər pulunu oğurlayıb. Yuxudan ayılan F.A nə telefonu, nə də pulu olduğunu anlayaraq vəziyyəti polisə xəbər verib. Asayiş Şöbə Müdirliyi Oğurluq və Yankesicilik Büro Komandirliyi qrupları, avtobus terminalındakı təhlükəsizlik kameralarından Kamal K.-ni təsbit etdi. Göstərilən ünvanda keçirilən əməliyyat zamanı saxlanılan Kamal K.-nın üzərindən tapılan mobil telefon və pullar sahibinə təhvil verilib. Ümumi Məlumat Yoxlamasında (GBT) 8-i oğurluq olmaqla 30 cinayət qeydi olduğu ortaya çıxan Kamal K., əməliyyatlardan sonra sövq edildiyi məhkəmə tərəfindən həbs edilib.

Aysun / Demedia.az