Narkotik satan şəxsi görün necə ələ keçirdilər - VİDEO



 23:09 15.02.2024     744

Perunun paytaxtı Limada Sevgililər Günündən istifadə edən polis narkotik satıcısını ayı kostyumu geyinərək yaxalayıb.

Demedia.az xəbər verir ki, baş verənlər kameraya düşüb. Cənubi Amerika ölkəsi Peruda polislər Sevgililər Günündən istifadə edərək ağıllara durğunluq gətirən əməliyyat keçirib. Cizgi filmindən ilhamlanaraq, paytaxt Limada bir polis məmuru narkotik satmaqda təsbit edilən qadını tutmaq üçün ayı kostyumu geyinib. Qadına gül və şokolad gətirərək əməliyyata başlayan ayı geyimli polis qadının evinin qarşısında gözləməyə başlayıb.

Evdən çıxıb gül və şokolad almaq üçün pilləkənlərlə enən qadını küçədə işçi qiyafəsindəki digər polislər və ayı paltarı geyinmiş polislər yaxalayıb. Narkotik alverçisi qadın nəzarətə alındıqdan sonra evinə edilən basqın zamanı kokain ələ keçirilib. Keçən il polis əməkdaşları Milad bayramında Şaxta baba kimi geyinmişdilər.

Aysun / Demedia.az