ABŞ və Böyük Britaniya məqsədlərinə çata bilməyib - Husilərin lideri
ABŞ və Böyük Britaniya husilərin nəzarətində olan bölgələrə hücumlarında məqsədlərinə çata bilməyib.
Demedia.az xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husilərin lideri Əbdülməlik əl-Husi belə açıqlama verib. Əbdülməlik əl-Husi rəhbərlik etdiyi qruplaşmaya aid “Əl-Mesira” televiziyasındakı çıxışında deyib ki, onlar İsrail Qəzza zolağına hücumları dayandırına qədər geri çəkiləməyəcəklər.
Husi Böyük Britaniya və ABŞ-ın husilərin nəzarətindəki hədəflərə qarşı hücumlarının məqsədlərinə çatmadığını, Böyük Britaniya və ABŞ-ın etiraf etdiyini ifadə edib.
Bahadur Seyidov