NATO Ukraynaya PUA göndərir



 21:52 15.02.2024     261

NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən müdafiə nazirləri və NATO-Ukrayna Şurası iclaslarından sonra mətbuata açıqlama verib.

Demedia.az xəbər verir ki, Yens Stoltenberq bildirib ki, NATO müttəfiqləri Ukraynaya 1 milyon pilotsuz uçuş aparatı göndərməyə razılaşıblar.

"Bir qrup müttəfiq Ukraynaya 1 milyon pilotsuz uçuş aparatı çatdırmaq məqsədi ilə bir araya gəlib. NATO-nun 20 müttəfiqi də minalardan təmizləmə koalisiyası yaratmaq qərarına gəlib", - deyə Yens Stoltenberq bildirib.

Bahadur Seyidov