Fransa NATO-nun tələbini yerinə yetirəcək



 21:56 15.02.2024     278

Fransa, NATO üzvlərinin ümumi daxili məhsullarının azı 2 faizini müdafiəyə xərcləmələri üçün qarşıya qoyduğu hədəfə çatacağını açıqlayıb.

Demedia.az xəbər verir ki, Fransanın müdafiə naziri Sebastien Lecornu Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Zirvəsi barədə çıxış edərək, Fransanın bu il NATO-nun müəyyən etdiyi ümumi daxili məhsulun 2 faizini hərbi büdcəyə ayırma hədəfinə çatacağını bildirib.

Lecornu vurğulayıb ki, əsas məqam ümumi daxili məhsulun 2 faizini müdafiə xərclərinə ayırmaqdansa, bu nisbətin hərbi sahədə səmərəli istifadəsidir.

Bahadur Seyidov