Livan İsraili BMT Təhlükəsizlik Şurasına şikayət edəcək



 22:01 15.02.2024     269

Livanın cənubunda mənzilə hücumda 8 nəfərin ölümündən sonra Livan hökuməti İsrailə qarşı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına şikayət edəcəyini açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Livanın Baş naziri Necip Mikati açıqlama verib. O bildirib:

İsrailin hücumlarının davam etməsini, ölənlərin sayını və hücumun səbəb olduğu böyük dağıntıları nəzərə alaraq, vəziyyətlə bağlı Xarici İşlər Naziri Abdullah Buhabib ilə məsləhətləşdim və İsrailə qarşı BMT Təhlükəsizlik Şurasına təcili şikayət təqdim etmək tələbini irəli sürdüm”.

Bahadur Seyidov