Fələstinin xarici işlər naziri sülh çağırışı etdi



 10:14 16.02.2024     275

Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Yunanıstanın paytaxtı Afinada Yunanıstanın xarici işlər naziri Yorgos İerapetritis ilə görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Demedia.az xəbər verir ki, o, İsrailin hücumları nəticəsində Qəzzanın yaşayış üçün yararsız hala düşdüyünü, Rəfah şəhərinin də təhlükə altında olduğunu bildirib. Maliki, sabitliyin əldə olunması üçün ədalətin və sülhün təmin edilməsinin vacibliyini vurğulayıb.

Maliki bildirib ki, Qəzzədəki fəlakətin sona çatması, humanitar yardımların bölgəyə çatması və insanların həyat təhlükəsizliyinin təmin edilməsi üçün həll yolu tapılmalıdır.

​Bahadur Seyidov