Alimlər iki asteroidin səthində su molekullarının olduğunu aşkar ediblər



 10:25 16.02.2024     278

Alimlər ilk dəfə olaraq İris və Massaliya adlı iki asteroidin səthində su molekullarının olduğunu aşkar ediblər.

Demedia.az xəbər verir ki, teleskop ilə aparılan müşahidələrdən əldə edilən məlumatları araşdıran elm adamları asteroidlərinin səthində su molekulları tapıblar.Diametri 199 kilometr olan İris və 135 kilometr diametrli Massaliya Günəşdən təxminən 357 milyon 539 min kilometr məsafədə orbitdədir.

Qeyd edək ki, alimlər Yerə gətirilən asteroid nümunələrində də su molekullarına rast gəlindiyi vurğulayaraq bu təsbitin asteroidlərin səthində su olduğuna dair ilk kəşf olduğunu bildirib.

Bahadur Seyidov