Əməliyyatların keçirilmədiyi yeganə şəhər - İsrail böyük əməliyata hazırlaşır



 11:53 16.02.2024     300

İsrailin Baş naziri Binyamin Netanyahu mülki şəxslərin Rəhafı  tərk etməsindən sonra "güclü əməliyyat"a başlayacağını bildirib.

Demedia.az xəbər verir ki,  bu barədə o, teleqram hesabında məlumat  yayıb:

“Müharibə tam qələbə ilə başa çatana qədər davam etdirəcəyik. Bu, mülki əhalinin münaqişə bölgələrini tərk etməsinə icazə verildikdən sonra Rəfəhdə güclü əməliyyatın keçirilməsini əhatə edir”.

Bu bəyanat İsrailin Rəfah şəhərinə qarşı quru əməliyyatı keçirməsi ehtimalı ilə bağlı beynəlxalq narahatlıqların artdığı bir vaxtda və Qahirədə atəşkəs danışıqlarının davam etdiyi bir vaxtda verilib.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, böyük bir qaçqın düşərgəsinə çevrilmiş bu şəhərdə müharibə nəticəsində didərgin düşmüş təxminən 1,4 milyon dinc sakin yaşayır. Rəfah Qəzza zolağında İsrail ordusunun hələ quru əməliyyatı keçirmədiyi yeganə iri yaşayış məntəqəsidir.

Bahadur Seyidov