Husilər Britaniyaya məxsus “LYCAVITOS” gəmisini vurduqlarını açıqlayıblar



 12:18 16.02.2024     272

Yəməndə İranın dəstəklədiyi husilər ölkənin cənubunda Ədən körfəzində Böyük Britaniyaya məxsus “LYCAVITOS” gəmisini vurduqlarını açıqlayıblar.

Demedia.az xəbər verir ki, bu barədə husilərin Hərbi Sözçüsü Yəhya Seri açıqlama verib. O açıqlamasında Yəmənin cənubunda Ədən körfəzində yerləşən Britaniya gəmisi “LYCAVITOS”u dəniz raketi ilə vurduqlarını bildirib. Hücumun Fələstin xalqına dəstək məqsədi ilə həyata keçirildiyini deyən Seri, husilərin ABŞ və Böyük Britaniyanın Yəmənə qarşı hücumlarına cavab vermək və Fələstin xalqına dəstək vermək üçün daha çox tədbir gördüyünü qeyd edib.

Hücumla bağlı Britaniya hələlik heç açıqlama verməyib.

Bahadur Seyidov