Bu ölkə eynicinsli nikahları təsdiqləyən qanun qəbul edib



 13:00 16.02.2024     231

Yunanıstan parlamentdə eynicinsli nikahları təsdiq edən qanuna səs verib.

Demedia.az xəbər verir ki,  300 yerlik parlamentdə 176 deputatın partiyalararası çoxluğu ilə təsdiqlənib. Beləliklə, Yunanıstan homoseksualların evlənməsinə icazə verən ilk pravoslav xristian ölkəsi oldu.Pravoslav Kilsəsi bu qanun layihəsinə reaksiya verdi. Kilsə nikah qanununun "valideyn rollarını qarışdıracağını" və "ənənəvi ailəni zəiflədəcəyini" müdafiə etdi.Avropa Birliyinin 27 üzvündən 15-i eynicinsli nikahları qanuniləşdirdi. Dünyanın 35 ölkəsində geylərin evlənmək hüququ var.

Bahadur Seyidov