20-ci mərtəbədən yıxılan qız sağ qaldı



 21:15 16.02.2024     195

Yekaterinburqda binanın 20-ci mərtəbəsində yerləşən eyvandan yıxılan qız sağ qalıb. O, hazırda reanimasiyadadır.

Demedia.az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

"Xəstəyə lazımi tibbi yardım göstərilir. Əməliyyat olunub, reanimasiyadadır. Vəziyyəti ağırdır", - məlumatda deyilir.

Qeyd edək ki, hadisə fevralın 14-də günorta saatlarında Tokarey küçəsində baş verib.